Bəşşar Əsədin xanımının onkoloji əməliyyatı uğurla yekunlaşıb – FOTO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Suriya həkimləri ölkə prezidenti Bəşşar Əsədin xanımında aşkarlanmış xərçəng şişini müvəffəqiyyətlə aradan qaldırıblar.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Suriya Ərəb Respublikası administrasiyasının mətbuat xidməti bildirib.

Qeyd edilir ki, tibbi əməliyyat Dəməşqdə keçirilib. Həkimlər Suriya prezidentinin 43 yaşlı həyat yoldaşı Əsma Əsədin sinəsindəki xərçəng şişini uğurla əməliyyat ediblər. 

“Xanım Əsma Əsəd bədxassəli şişdən müalicəni davam etdirir. Hərbi hospitalda onun sinəsində keçirilmiş əməliyyat müvəffəqiyyətlə nəticələnib”, – deyə xəbərdə bildirilir.

Ötən ilin avqustunda məlum olub ki, Suriyanın liderinin xanımında ağır xəstəlik aşkar edilib. Şiş erkən mərhələdə aşkarlanıb. Oktyabrda isə Əsma Əsəd kimya terapiya müalicəsi kursundan sonra Instagramda ilk fotosunu paylaşıb.

Related Articles

+994 50 295 94 79
top