“Yunis Səfərovun həbsdə ölməsi xəbəri yalandır” – RƏSMİ AÇIQLAMA

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Gəncə şəhərinin sabiq icra başçısı Elmar Vəliyevi güllələməkdə ittiham olunaraq həbs edilən Yunis Səfərovun ölümü haqda məlumat yayılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Meydan TV-nin rəhbəri Emin Milli onun anasına istinadən yaydığı məlumatda iddia edib ki, Y.Səfərov həbsdə öldürülüb.

Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yayılan məlumat yalandır: “Yunis Səfərovun səhhəti normaldır, vəkili ilə də mütəmadi görüşür”.

Related Articles

+994 50 295 94 79
top