Bakıda növbəti ”lombard” fırıldağı:Qızıllarını geri ala bilmirlər – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bakıda növbəti ”lombard” fırıldağı yaşanıb. Xeyli insan qızıllarını lombard sahibindən ala bilmirlər. Baxmayaraq ki, götürdükləri pulları faizi ilə birlikdə geri qaytarıblar

Onlarla vətəndaş ”lombard” fırıldağı ilə üzləşiblər.

Götürdükləri pulu geri ödəyən bu şəxslər indi qızıllarını ala bilmirlər.

Zərərçəkənlərin iddiasına görə, müxtəlif vaxtlarda Lombardın sahibi Əliyev Zaur Elxan oğlundan, onun anası Əliyeva Mazbura Teymur qızından və dosdu Məmmədov Tural Nazim oğlundan qoyduqları qızılların qarşılığında faizə pul götürüblər. Həmin pulları faizi ilə birlikdə ödəyib qurtarsalar da indi qızıllarını geri ala bilmirlər.

Həmin şəxslər bir neçə gündür ofisi bağlayıb, telefonlarını isə söndürüblər.

Məlum oldu ki, həmin şəxslərin şəhərin bir neçə yerində ofisləri olub. Zərərçəkənlərin əksəri qızıllarını Nərimanov rayonunda yerləşən bu ofisə təqdim ediblər.

Zərərçəkənlər həmçinin deyirlər ki, artıq Zaurun anasu Mazbura Əliyeva saxlanılıb.

Məsələ ilə bağlı qarşı tərəflə əlaqə saxlamağa çalışsaq da bu mümkün olmadı.

Hüquqşunas Anar Ramazanov deyir ki, dəymiş ziyanın ödənilməsi üçün zərərçəkənlər polis və prokurorluq orqanlarına və ya məhkəməyə müraciət etməlidirlər.

Hüquqşunas həmçinin tövsiyyə edir ki, bu kimi risqlərdən maksimum qorunmaq üçün çalışsınlar lombardlar əvəzinə banklardan kredit götürsünlər. Əks halda əmlak qoyub pul götürdükləri lombardın fəaliyyəti dəqiq araşdırılmalıdır.
 TİA.AZ

Related Articles

+994 50 295 94 79
top