Birlikdə gülmək adamı xoşbəxt edir – Alimlərin yeni araşdırması

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Gülmək, yumor hissi cütlüklər arasında həlledici rola malikdir. 

Cütlüklər arasında olan zarafat ya onların daha da yaxınlaşmasına, ya da əksinə əlaqələrinin sonlanmasına səbəb olur. Həmçinin də zarafat qarşılıqlı münasibətlərin markeri rolunu da oynayır.

Alimlərin fikrincə, cütlüklərin nəyəsə birlikdə gülmələri onlar arasında olan əlaqələrin daha da möhkəmlənməsinə səbəb olur. 150 min insanın üzərində aparılan 39 analizin nəticələri bunu deməyə əsas verir.

Məlum olub ki, əgər insan zarafat etməyi bacararsa və ətrafındakı insanlar onu zarafatcıl hesab edirlərsə, bu, onun bəxtinin sevgidə də gətirdiyini bildirilir.

Birlikdə zarafatlaşıb gülmək cütlüklər arasında olan münasibətləri müəyyən etdiyi üçün çox əhəmiyyətlidir. Bundan əlavə qarşı tərəfi təhqir edəcək aqressiv zarafatlardan uzaq durmaq məsləhətdir.(medicina.az)

Related Articles

+994 50 295 94 79
top