Dünya çempionu Xamis Sabunçu xəstəxanasında ölən ilk adam deyil – Morqdan faktlar

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 6
    Shares

İdmançı Xamis Məmmədov 26 yanvarda dünyasını dəyişib. O, Sabunçuda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasında canını tapşırıb. 

Cahan.info xəbər verir ki,
 Xamis sözügedən xəstəxanada ölən ilk adam deyil. Xəstəxananın baş həkim müavini Cahangir Həsənov deyib ki, Xamisin nəzarətsiz qalması ilə bağlı deyilənlər doğru deyil.

Onun məşqçisi Nazim Məlikov isə mərhumun halının pisləşməsi zamanı nəzarətsiz qaldığını açıqlamışdı. 

Baş həkimin müavini qeyd edib ki, Xamis klinikaya pnevmaniyalı xəstə kimi gəlmişdi və yaxınları meyitin yarılmasına razılıq verməyib, şikayətçi olmayıblar. 

“Onun ölüm səbəbi xəstəliyi ilə bağlı olmaya da bilər. Onda tromb vardı. İdmançılarda belə hallar olur. Tromb istənilən yeri vurub sıradan çıxara bilir”. 

Xamis Məmmədovun Sabirabadda müəllimi olmuş Nazim Məlikov isə saytımıza açıqlamasında onun qripdən ölməsinə dair yayılan xəbərlərin doğru olmadığını bildirib:

“Yayılan xəbərlər doğru deyil. Ciyərində soyuqdəymə vardı. Sabunçu xəstəxanasında yatırdı. Beşinci gün onunla danışmışam. Həmin gün axşam xəstəxanada qızdırması qalxıb, həkim nəzarəti olmayıb. 

Onun əvvəldən ciyərində ləkəsi var idi. Bu soyuqdəymədən sonra xəstəliyi daha da güclənib və rəhmətə gedib. Xamis idmanı atsa da, o qədər də passiv deyildi. İki-üç gündən bir ova gedirdi”.

Amma dediyimiz ki, 3 saylı xəstəxanada ilk ölüm deyil. Bu tibb ocağından çoxlu şikayətlər var. Ona görə ki xəstələrə baxılmır, pulu olan müalicə edilir. 

Çox uzağa getməyək, bu yaxınlarda yazmışdıq – söhbət ana və yeni doğulan körpəsinin 10 gündür pul verilmədiyi üçün 3 saylı Sabunçu şəhər xəstəxanasının doğum şöbəsində girov saxlanmasından gedir.

Pərvanə adlı həkim 10 gün doğulmuş körpəni anası ilə birlikdə girov saxlayıb. Ailə 100 manat verib, Pərvanə həkim isə 500 manat tələb edir. Aidiyyatı qurumlar və xüsusən Səhiyyə Nazirliyi dərhal işə qarışmalıdır. Çünki xəstəxana həbsxanaya çevrilib.

Belə qanunsuzluq, soyğunçuluq, vicdansızlıq heç yerdə görünməyib. Ana və körpəsini girov saxlamaq, pul tələb etmək cinayət məsuliyyəti yaradır.

Azərbaycanda dövlət xəstəxanaları pulsuz xidmət göstərməlidir. Nazirin 2008-ci ildə əmri var və məlumdur ki, bu qərar heç yerdə işləmir.

Lakin ana və körpəsini girov saxlamaq və 500 manat tələb etmək artıq əndazəni aşmaqdır. Vətənə övlad yetişdirəcək bir qadını balası ilə xəstəxanada saxlamaq, pul gələnə qədər buraxmamaq rəzalətdir.

O uşaq böyüyüb həyatı qavrayanda bilsə ki, ana vətənində onu girov saxlayıblar, pul olmadığı üçün Pərvanə həkim əsir kimi nəzarətindən buraxmayıb, yəqin ki dünyaya gəldiyinə peşman olar.

Səhiyyə Nazirliyi niyə bu məsələyə müdaxilə etməyib? Hansı əsasla ana və körpə evə buraxılmır? Pərvanə həkim kim güvənir?

Ümumiyyətlə, 3 saylı Sabunçu şəhər xəstəxanası ən çox şikayət edilən, amansızlıq, rüşvətxorluq olan tibb ocağıdır. Üstəlik, xəstələr səhv müalicə edilir, pul verməyəndə palatadan ölüsü çıxır.

Məsələn, iki il əvvəl Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasında doğuşdan sonra ölən Beyləqan rayon Nil qəsəbəsi sakini, 30 yaşlı Elnurə Xanalıyevanın yaxınları dəhşətli açıqlamalar vermişdi.

Onlar iddia edirlər ki, xəstəni yoxlamadan qeysəriyə əməliyyatı ediblər. Mərhumun dayısı Etibar Xanalıyev bildirib ki, E.Xanalıyevanı başqa xəstəxanaya aparmağa imkan verməyiblər.

Mərhumun anası isə xəstəxanada qızının “donuz qripi” olduğunu iddia etdiklərini dilə gətirib:“Mənim uşağımda “donuz qripi” olduğunu dedilər, halbuki analizi tərtəmiz idi. Niyə öldürdülər mənim balamı? Onun 3 uşağını kim saxlayacaq?”

Ötən il oktyabrın 31-də Cavid İmanlı adlı gənc 3 saylı Sabunçu Rayon Xəstəxanasında dünyasını dəyişib. İmanlının valideynləri iddia edirlər ki, övladlarının ölümü müəmmalıdır.

Belə ki, gəncin ölüm işinə iki dəfə Sabunçu Rayon Prokurorluğunda baxılıb və onun kəskin intoksikasiya fonunda poliorqan çatışmazlığı diaqnozu ilə öldüyü qeyd edilərək, cinayət işi bağlanıb.

Lakin Cavidin valideynləri bu qərarla razılaşmayıblar. Müxtəlif dövlət qurumlarına müraciət edərək, övladlarının ölümünə səbəb olmuş şəxslərin həbs edilməsini tələb ediblər.

Qeyd edək ki, MMA və Sambo idman növü üzrə turnirlərin qalibi, dünya çempionu Xamis Məmmədovla bağlı bəzi maraqlı faktlar üzə çıxıb.

Karyerası boyu bir çox beynəlxalq yarışlarda mükafatlar almış X.Məmmədov universal döyüş üzrə Avropa üçüncüsü və dünya çempionudur. O, 16 peşəkar döyüşdən yalnız üçündə məğlub olub.

Bəzi mənbələrdə onun UFC-nin yüngül çəkidə hazırkı çempionu Həbib Nurməhəmmədovu məğlub edən yeganə azərbaycanlı döyüşçü olduğu yazılsa da, bu, həqiqəti əks etdirmir. 

Belə ki, Xamis 2011-ci ildə Həbiblə qarşılaşıb və gərgin keçən görüş Nurməhəmmədovun qələbəsi ilə başa çatıb. X.Məmmədovun 2007-ci ildə Həbib Nurməhəmmədova qalib gəlməsi barədə isə yanlışlıqlar var. 

Belə ki, 2007-ci ildə Həbib Nurməhəmmədova qalib gələn Xamis yox, Məhəmməd İbrahimov olub. Çeçenistanı təmsil edən M.İbrahimov H.Nurməhəmmədovu məğlub edərək, Rusiya çempionu olub. 

1985-ci il təvəllüdlü M.İbrahimov Rusiya və Özbəkistan bayrağı altında vuruşur, dağıstanlıdır. 

Xamisin məğlub etdiyi döyüşçü isə Məhəmməd Nurməhəmmədovdur. Cəmi bir neçə saniyəyə Xamis Məhəmmədi yerə sərmişdi. M.Nurməhəmmədov bu döyüşdə Ukraynanı təmsil edib və Ukrayna çempionudur.

Related Articles

+994 50 295 94 79
top