ETSN NİYƏ İRİ MÜƏSSİSƏLƏRİ DEYİL, KİÇİK SEXLƏRİ HƏDƏFƏ ALIB? –DAHA BİR KİÇİK SAHİBKAR CƏRİMLƏNDİ

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Binəqədi rayonu, Ə.Rəcəbli küçəsi 30/97 ünvanında fəaliyyət göstərən metaləritmə sexindən atmosferə atılan tullantılarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları növbəti araşdırma və monitorinq keçirib.

ETSN-ə istinadən xəbər veririk ki, monitorinq zamanı atmosferə atılan tullantıların miqdarının bu dəfə də normadan artıq olduğu müəyyən edilib.

Qeyd edək ki, ETSN tərəfindən 2018-ci ilin noyabr ayında sex barəsində akt, protokol tərtib olunmuş və müasir standartlara cavab verən təmizləyici qurğunun quraşdırılması ilə bağlı sexə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilmişdi.

Məcburi göstərişin tələblərini yerinə yetirmədiyi üçün sexə cavabdeh şəxs A.Aslanov barəsində yenidən protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4800 manat məbləğində cərimə olunub.

Xatırladaq ki, nazirlik dünən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi 14 ünvanında fəaliyyət göstərən “S.Steel” MMC metaləritmə zavodunda da monitorinq keçirib. Və qeyd edilən zavodun sahibinin cərimə olunması üçün Suraxanı rayon məhkəməsinə müraciət edilib.

Diqqətçəkən məqam budur ki, ETSN-nin belə sərt addımların daha iri müəssisələrə qarşı həyata keçirməsi haqda xəbərə rast gəlinmir.

AzFakt.com

Related Articles

+994 50 295 94 79
top