İrandan bütün vətəndaşlarını ŞOKA SALACAQ QƏRAR

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

İranda instaqram sosial platformasının istifadəsi məhdudlaşdırılacaq.Bu barədə İran Milli Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Cavad Kərimi Qudusi deyib.

Millət vəkili bu məlumatı informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromidən aldığını bildirib. O, instaqramın bu günə qədər bloklanmasının prezident Həsən Ruhaninin bu qərara qarşı olduğuna görə baş tutmadığını deyib. Qudusi özünün də instaqramın bloklanmasını dəstəklədiyini deyərək, hökumətin bu qərarının icrasında itirilən hər günü “xoşagəlməz hal” kimi dəyərləndirib.

Qeyd edək ki, bir neçə həftədir ki, İranda instaqramın bloklanacağı ilə bağlı xəbərlər yayılmaqdadır. Bu istiqamətdə ölkənin bəzi rəsmiləri və axundları da dövlətə təzyiqlər göstərirlər.

Related Articles

+994 50 295 94 79
top