Hamının evində olan xərçəng dərmanı FOTO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bu məhsuldan gündəlik istifadə sizi onlarla dərmandan xilas edə bilər

Sarıkök bitkisinin faydalarını bilirsiniz? Bu alternativ tibbin ən yaxşı vasitələrindən biridir. Elmi adı “Curcuma Longa” olan sarıkök xərçəng kimi qorxulu xəstəlikdən belə müdafiə qabiliyyətinə malikdir. Bunun üçün sarıköklə hazırlanan yeməklərlə yanaşı, onun şirəsindən də faydalanmaq olar. Şirə üçün lazım olan məhsullar: 

1 stəkanı su 
1 çay qaşığı toz sarıkök və ya bir neçə dilim təzə sarıkök 
1 cimdik qara istiot

Əldə edilən məhlulu gözlətmədən dərhal için. Hər səhər bu qarışımı içsəniz onun aşağıdakı faydalarını görə bilərsiniz: 

Yağ yandırır
Metobolizmanı sürətləndirir. Tərkibindəki kurkumin adlı maddə yağların yandırılmasına kömək edir. Həzm problemləri olanlar üçün də əvəzedilməzdir. 

Qaraciyəri qoruyur
Bilirubin və öd arasındakı müvazinəti tənzimləyir. Toksik birləşmələr, yağı azaldır. 

Qan şəkərini tənzimləyir
Sarıkök suyu şəkəri tənzimləməklə diabet xəstəliyinin yaranmasına da mane olur. 

Həzm problemlərini müalicə edir. Mədədəki artıq turşuluğu azaldır. 

Xərçəngin düşməni 
Xəstə hüceyrələrin artma sürətini zəiflədir. Müəyyən müddət sonra isə onları məhv edir. 

Artrit ilə savaş 
Əzələ ağrılarını azaldan güclü antioksidanlarla zəngindir. 

Erkən yaşlanmadan qoruyur
Hüceyrələrin yaşlanmasını zəiflədir. Dəridə, saçlarınızda yaşlılıq əlamətləri sayılan qırış, ağarmaların yaranmasının qarşısını alır. 

Alzeymerin düşməni
Tərkibindəki aktiv birləşmələr hüceyrələrin sərbəst radikallardan ziyan görməsinin qarşısını alır. 

Hamilələrə sarıkökdən istifadə məsləhət görülmür. Bu onlarda əzələ dartınmalarını gücləndirə bilər. Min bir dərdin dərmanı olsa da, gündəlik istifadə həddi 6-8 qramdan artıq olmamalıdır. 

Related Articles

+994 50 295 94 79
top