Azərbaycanda işsizlərə ŞAD XƏBƏR – Minlərlə şəxsə əmək haqqı veriləcək

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

“Azərbaycanda yanvar ayından 16 min işsiz sosial işlərə cəlb edilib, onlarla müvafiq müqavilələr imzalanıb”.

Publika.az xəbər verir ki, bu sözləri DOST İş Mərkəzinin direktoru Niyazi Rəhimov “İşsizin DOST”u proqramının icrasına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yaxın zamanda əmək haqlarının ödənilməsinə başlanılacaq:

“Bu işçilərin sayının 2019-cu ildə 30 minə çatdırılması nəzərdə tutulur. Layihə çərçivəsində iş axtaran vətəndaşlar işlə təmin edilir. İşsizliklə mübarizə çərçivəsində bir çox layihə həyata keçirilir və bu da onlardan biridir. İş axtaran əməkdaşlar yerli icra orqanlarına müraciət edir və orada növbəyə dururlar”.

N.Rəhimov qeyd edib ki, DOST İş Mərkəzinin məqsədi ölkə ərazisində, xüsusilə regionlarda iş axtaran vətəndaşların ictimai işlərə cəlb olunmasıdır:

“İctimai işlər əsasən xüsusi bacarıq tələb etmir. Buraya sosial yönümlü, ictimai tədbirlərdə iştirak, abadlıq işlərinə cəlb edilmə daxildir. Bu işlərə cəlb edilən şəxslərə əmək haqqı ödəniləcək. DOST İş mərkəzlərində iş axtaran insanlar müvəqqəti işlə təmin olunur. Bu, işsizliklə mübarizədir, digər tərəfdən ictimai faydası olan tədbirdir”.

Related Articles

+994 50 295 94 79
top