KƏBƏNİ SU BASDI: 14 ÖLÜ

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Şiddətli yağışlar 4 gündür Səudiyyə Ərəbistanını cənginə alıb.

Xarici mediaya istinadən xəbər veririk ki, mütəmadi yağan yağışların yaratdığı sel nəticəsində 14 nəfər həlak olub.

SPA rəsmi xəbər agentliyinin məlumatına görə, xilasetmə əməliyyatları nəticəsində seldən əziyyət çəkən 271 nəfər xilas olunub. Ölkənin şimal-qərbində yerləşən Təbuk bölgəsində isə 137 nəfər təxliyə edilib.

Bundan başqa, dünya müsəlmanlarının müqəddəs səcdəgahı olan Kəbəni də su basıb.

Səudiyyə Ərəbistanında baş verən bu sel fəlakəti son 50 ilin ən şiddətli təbiət hadisəsi adlandırılır.

Related Articles

+994 50 295 94 79
top