Bəhruz Quliyev qardaşının işdən çıxarılmasından danışdı – AÇIQLAMA

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Səs qəzetinin baş redaktoru Bəhruz Quliyev qardaşı Rasim Quliyevin işdən çıxarılmasına münasibət bildirib. Baş redaktor qardaşının 18 il Bakı Şəhər İcra Hakimiyyətində çalışdığını deyib: 

Son günlər bəzi sayt və sosial şəbəkələrdə mənim qardaşım kimi, dövlətin mühüm postunda işləyən məmur kim Rasim Quliyevin işsiz qalması ilə bağlı müxtəlif məqsədlərə xidmət edən məlumatlar ictimailəşməkldədir. Bəlkədə, Rasim Quliyevin vaxtilə jurnalistikada olduğundan, ya da mənim bu camiyyədə olduğumdan bu mövzu daima gündəmdə olur. Bu məsələyə bir ictimai şəxs və qardaş kimi münasibət bildirməyi özümə borc bildim. 

Mənə aydındır ki, media və sosial şəbəkələr bu gün sensasiya axtarışındadırlar. Amma bu, kimlərinsə marağına xidmət etməməlidir. Bəli, mənim qardaşım Rasim Quliyev 2001-ci ildən etibarən təqribən 18 ilə yaxın Bakı şəhər İcra Hakimiyyətində mühüm postlarda çalışıb. Çalışdığı müddətdə vicdanla, ləyaqətlə xidmət edib və şəhərin zibiliklərdən, köşklərdən, gecəqondulardan təmizlənməsində rəhbərlik tərəfindən verilən tapşırıqları yüksək səviyyədə yerinə yetiribdir.  Baş redaktor bildirib ki, Rasim Quliyev dövlətçiliyə sadiq insandlr və Ulu Öndər Heydər Əliyevin qatı tərəfdarıdır:

“O, çox yüksək keyfiyyətlərə malik – imanlı, əxlaqlı, savadlı, işgüzar, bacarıqlı olması ilə yanaşı, yüksək intellekt sahibi və dostlarına, ailəsinə, dövlətinə sədaqətli bir insandır. Öz işinin öhdəsindən layiqincə gəlib və ona görə də müxtəlif dövlət mükafatlarına layiq görülübdür.

Bundan öncədə isə 1988-ci ildən başlayaraq tələbə hərəkatının liderlərindən biri olub və siyasətçi kimi fəaliyyət göstəribdir. O, Ulu Öndər Heydər Əliyevin qatı tərəfdarı kimi tanınıb və siyasi fəaliyyətinə görə müxtəlif dövrlərdə siyasi məhbus həyatı yaşayıbdır. Hətta sonuncu dəfə 1992-ci ilin dekabrında o, tutulub və ölkədə haqsızlığa, insan haqlarının və söz azadlığının açıq şəkildə pozulmasına etiraz olaraq aclıq aksiyası keçirmişdir. Yeri gəlmişkən, o dövrdə Ulu Öndərin o dövrki hakimiyyətə müdaxiləsindən sonra qardaşım azadlığa çıxa bilmişdir. 

Sonrakı dövrlərdə jurnalist və siyasi fəaliyyətini Yeni Azərbaycan Partiyasında davam etdiribdir. 

2018-ci ilin sonlarından isə Bakı şəhər İcra Hakimiyyətində struktur dəyişikləri getdiyindən o işsiz qalıb. Amma bu hadisəyə başqa don geyindirmək, ya da kiminsə başqa məqsədi üçün istifadəsi yolverilməzdir. Aydındır ki, dövlətin islahat siyasəti nəticəsində bütün strukturlar yenilənməlidir, idarəçilik optimallaşmalıdır, müasir çağırışlara cavab verməlidir və eləcə də Bakı şəhər İH-də bu proses getməlidir. Bu belə qəbul edilməlidir”.

Related Articles

+994 50 295 94 79
top