Sahil Babayev ƏƏSMN-in sayt üzərindən xidmətlərini niyə “bağlayıb”?

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 saytından biri bağlıdır, digərində isə vətəndaşları bilgiləndirmək üçün lazımi informasiyalar yoxdur.

Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaranmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə təşkil olunan fərdi jurnalist yazıları müsabiqəsinin elanı ilə tanış olanda maraqlı bir məqam diqqətimizi çəkdi. Müsabiqə üçün tələb olunan sənədlərdən birincisi “Jurnalistin KİV-də rəsmən işlədiyini təsdiq edən sənəd – Elektron əmək müqaviləsi bildirişi (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemindən alınmaqla)” idi. Həmin bildirişlə bağlı ətraflı məlumat almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet portalına daxil olmaq istədik.
Məlumat üçün bildirək ki, sözügedən qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən 200-dən artıq elektron poçta (məsələn, dünən saat 12.24-də 210 elektron poçta) göndərilən məktubda adıçəkilən nazirliyin rəsmi internet portalı www.mlspp.gov.az kimi göstərilib. Həmin portala daxil olduqda isə həmin qurumun yeni internet portalı olan www.sosial.gov.az saytı açılır. Sözügedən portalların adlarındakı fərqə əhəmiyyət verməsək də, nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin 210 elektron poçta ünvanladığı məktubda portalın adının nədən www.sosial.gov.az yazılmadığı diqqətimizi cəlb etdi.
Sonuncu portaldakı “Axtarış” vasitəsilə “Elektron əmək müqaviləsi bildirişi” haqqında məlumat almaq istədik. Ekranda ]www://sosial.gov.az/search?q=Elektron+%C9%99m%C9%99k+m%C3%BCqavil%C9%99si+bildiri%C5%9Fi] səhifəsi açıldı və orada “Axtardığınız kəlimə: Elektron əmək müqaviləsi bildirişi. No results found”, yəni, bu mövzu üzrə nəticələrin, məlumatların olmadığı bildirildi.
Onlayn internet vasitəsilə, yəni, “google.az”da “Elektron əmək müqaviləsi bildirişi” yazmaqla, bu barədə ətraflı məlumat almağa cəhd etdik. Axtarış nəticəsində www.mlspp.gov.az/docs/MetodikiGosterish_Vk200.pdfsaytında “əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən …” başlıqlı xəbər və orada “1. Mündəricat. 1. Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə daxil olma ………………….. 3. Şəkil 1. İnformasiya sisteminə giriş” kimi informasiyalar göründü. Həmin linkə daxil olduqda isə http://sosial.gov.az/docs/MetodikiGosterish_Vk200.pdf səhifəsi açıldı və orada da “404. Səhifə tapılmadı. Ana səhifəyə geri dön” xəbərdarlığı verildi.
Oxucularımıza təqdim etdiyimiz faktlardan və fotoşəkillərdən də aydın olur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhalinin maarifləndirməsi istiqamətindəki fəaliyyətində xeyli sayda nöqsanlar və əhalidə çaşqınlıq yaradan səbəblər çoxdur. Onlar barədə qısa xronikanı qeyd edirik:

1. Adıçəkilən nazirliyin iki adda, yəni, http://www.mlspp.gov.az və http://sosial.gov.az/ portalı olsa da, faktiki olaraq sonuncusu fəaliyyət göstərir. Sözügedən qurum birinci portalın ləğvi və onun “google.az”dakı arxivinin təmizlənməsi ilə bağlı heç bir addım atmayıb. Bu da çaşqınlıq doğurur.

2. Nazirliyin http://sosial.gov.az/ portalında əhalinin maarifləndirilməsinə xidmət edəcək məlumatlar, əyani və metodiki vəsaitlər, video və audio materiallar azdır. Əksər sahələr üzrə heç bir informasiya yoxdur. Bu da insanların müəyyən sahələr üzrə bilgi əldə etməsinə, xüsusilə də jurnalistlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətini araşdırmalarına ciddi maneçilik törədir.

3. “E-imza”sı olmayanlar http://sosial.gov.az/ vasitəsilə elektron müqavilələr, əmək hüquqları və sair barədə lazımi dərəcədə məlumat ala bilmirlər. Bu da işçilərin əmək hüquqlarının qorunmasına, işəgötürən-işçi münasibətlərinə nəzarətin gücləndirilməsinə, iqtisadi inkişafın tənzimlənməsi üzərində işlərin keyfiyyətinin artmasına mənfi təsirini göstərəcək.

Ümumiyyətlə, bu barədə çoxsaylı faktları təqdim edə bilərik. 
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet portalı üzrə araşdırmalarımız davam edir və üzə çıxartdığımız və çıxardacağımız nöqsanları, faktları zaman-zaman oxucularımızın ixtiyarına verəcəyik. 

P.S. Yazımızda adıçəkilən nazirliyin rəsmi mövqeyini öyrənməyə ehtiyac duymadıq. Çünki görünən kəndə bələdçi lazım deyil. Jurnalist olaraq bizim vəzifəmiz nöqsanları, səhvləri göstərməkdir. Həmin nöqsanların nə zaman aradan qaldırılacağına, problemlərin nə vaxt həll olunacağına isə əmək və əhalinin sosial müdaifəsi naziri Sahil Babayevin və nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Fazil Talıbovun şifahi vədləri ilə deyil, əməli hərəkətləri ilə nail oluna bilər.

azim.az

AFN.AZ

Related Articles

+994 50 295 94 79
top