Braziliyada su bəndinin dağılma anı – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Braziliyada 100-dən çox insanın ölümünə səbəb olan su bəndi uçqunun görüntüsü yayılıb.

Müşahidə kamerası tərəfindən qeydə alınan videonu “Associated Press”agentliyi dərc edib.

Videoyazıda nəhəng tikilinin dağılmasından sonra havaya qatı tozun qalxdığını ardınca isə qatı palçıq və sənaye tullantılarından ibarət selin ətrafa yayıldığını görmək olur. Kadrlarda bir neçə fəhlənin avtomobillərdə ərazini tərk etməyə çalışdığı görünür, lakin tezliklə “palçıq lavası” onların maşınını dövrəyə alır.

Qeyd edək ki, su bəndi “Vale” şirkətinə aiddir və metallurgiya müəssisələrinin tullantılı sularını saxlamaq üçün nəzərdə tutulmuşdu.

Su bəndinin yanvarın 25-də çökməsi nəticəsində yaranan sel Brumadinyo rayonunda (Minas-Jerays ştatı) yaşayış evlərini dağıdıb.  Hadisə nəticəsində 110 nəfər ölüb, 238 nəfər itkin düşüb.

Related Articles

+994 50 295 94 79
top