Camalovlar ailəsinə məxsus “Ambassador” oteldə azyaşlı qız zorlandı – Ekspertizadan inanılmaz saxtakarlıq

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Bakıda yetkinlik yaşına çatmayan qız evli kişi tərəfindən zorlanıb.

Bu barədə Yenicag.az-a zərərçəkmiş şəxsin atası T.Quliyev (ad şərtidir-red) məlumat verib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs, “Ambassador” otelin marketinq üzrə meneceri Əhmədov Nəriman Asif oğludur. O, işlədiyi “Ambassador” otelin otağında ilkin olaraq 09 noyabr 2018-ci il tarixində yetkinlik yaşına çatmayan azyaşlı qızı zorlayıb.

İddiaya görə, həmin şəxs yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan zaman videoçəkiliş də aparıb. Maraqlı məqam isə ondan ibarətdir ki, hadisə üzə çıxandan sonra 26 yaşlı şəxs telefonunu dəyişdirib və qızla arasında olan yazışmaları silib.

Hadisə ilə bağlı zərərçəkmiş şəxsin atası Bakı Şəhər Prokurorluğuna müraciət edib. Prokurorluq isə öz növbəsində məsələni aidiyyatı üzrə Nəsimi Rayon Polis İdarəsinə yönəldib.

Əldə etdiyimiz məlumata görə, hazırda Nəriman Əhmədovla bağlı Cinayət Məcəlləsinin 152.1 maddəsi ilə cinayət işi açılıb. Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək isə təqsirləndirilən şəxslə bağlı ev dustaqlığı qərarı çıxarıb.

Lakin yetkinlik yaşına çatmayan qızın valideynləri qərardan narazıdırlar. Onlar ekspertizanın düzgün rəy vermədiyini bildiriblər. Belə ki, valideynlər tərəfindən zərərçəkmiş şəxs həkim yoxlanışından keçirilən zaman onun bakirəliyinin pozulduğu üzə çıxıb. Bundan başqa, Nəriman Əhmədovda olan infeksion xəstəliklər də qıza keçib. Valideynin iddiasına görə, bütün sübutlara baxmayaraq, Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahov dəlilləri gözardı edir. Ekspertiza rəyi ilə razılaşmayan valideyn təkrar ekspertizanın keçirilməsini tələb etsə də, iş tələsik Bakı Apellyasiya Məhkəməsinə yönləndirilib.

Tia.az xəbər verir ki, “Ambassador” otelində bu cür iyrənc halların baş verməsi ilə bağlı mətbuatda kifayət qədər faktlara istinadən yazılar dərc olunub. Amma nədənsə hüquq-mühafizə orqanları baş verən biabırçılıqlarla bağlı heç bir tədbir görməyiblər.

Məsələn, Vəkil Vaqif Əhmədov ötən ilin may ayında “Ambassador” oteldə baş verən iyrənc hadisə ilə bağlı baş prokuror Zakir Qaralov müraciət edərək bildirmişdi ki, hüquqlarını müdafiə etdiyi azyaşlı Aidə Həsənli (ad şərtidir) Azərbaycan İdman Akademiyasının tələbəsi Fərid Cəfərli tərəfindən gecə saatlarında “Ambasador” otelinə aparılıb və orada təcavüzə məruz qalıb, bu cinayət hərəkəti 8 aydır prokurorluq və polis orqanlarında yekunlaşdırılmır.

2016-cı ildə internet saytlarında yer alan məqalədə isə deyilir ki, Səməd Vurğun küçəsi AZ 1078 ünvanında yerləşən beş ulduzlu “Ambassador” oteli öz təyinatı üzrə fəaliyyət göstərmir:

“Bu otelin müştərilərini əsasən varlı şəxslər təşkil edir. Oteldə müxtəlif tipli otaqlar var. Ən ucuz otağın bir gecəlik qiyməti 90-110 manatdan başlayır. Lüks otaqların qiyməti isə 200 manatdan yuxarıdır. Otelin müştəriləri arasında gənc oğlan və xanımlar üstünlük təşkil edir. Onlar otağın xidmət haqqını ödəyib burda əyləncəli vaxt keçirirlər. Təhlükəsizlik baxımından əlverişli olan otelin VİP müştəriləri kifayət qədərdir. Həmin şəxslər bir gecəyə külli miqdarda «şot» verirlər. Amma onların oteldə hansı işlə məşğul olduğunu araşdıran yoxdur. Hüquq-mühafizə orqanlarının əməkdaşları bura girə bilmirlər. Mədəniyyət və Turizm Nazirliyinin lisenziya verdiyi «Ambassador» oteldə iyrənc işlər cərəyan edir. Bəzi hallarda bura azyaşlı qızlar gətirilir. Çox güman ki, həmin qızlar oteldə cinsi istismara məruz qalır”.

Qeyd edək ki, adı çəkilən “Ambasador” Otel Kompleksi ləğv olunmuş Müdafiə Sənayesi naziri, mərhum Yavər Camalova məxsusdur. Hazırda adıçəkilən oteli Yavər Camalovun ailə üzvləri idarə edir.

Related Articles

+994 50 295 94 79
top