Göyçayda bankirin oğlu məktəbli qızı maşınla vurub şikəst etdi – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 17
    Shares

İşıqforun qırmızı işığında hərəkət edən sürücü ağır qəza törədib
Yanvarın 28-də Göyçay rayonunun mərkəzində Fərid Abdullayevin idarə etdiyi 10 MX 073 dövlət nömrə nişanlı “VAZ 21 07” markalı avtomobil piyadanı vurub. 11 sinif şagirdi olan qız yolu keçərkən Fərid Abdullayev işıqforun qırmızı işığında hərəkəti davam etdirərək yüksək sürətlə piyadanı vurub. Zərbədən piyadanın onurğa sütunu sınıb.

Hazırda ağır vəziyyətdə xəstəxanadadır. Qeyd edək ki, Fərid Abdullayevin atası İlqar Abdullayev Göyçayda Zamin bankın filial müdiri olub. Hazırda filial bağlansa da o, valyuta dəyişmə məntəqəsi işlədir.

Göyçayda imkanlı şəxs kimi tanınır. Oğlu isə Göyçayda avtoxuliqanlıq edirmiş. Nəticədə bu cür qəzaya səbəb olub. Avtosfer.az qəza anını əks etdirən özəl videonu təqdim edir:


Related Articles

+994 50 295 94 79
top