Meşədə qorxunc olay – 5 nəfər qadını sürüyərək gətirir və… – VİDEO – VİDEO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Türkiyənin Antalya şəhərində dəhşətli hadisə qeydə alınıb.

Publika.az xəbər verir ki, 3-ü qadın olmaqla, 5 nəfər mübahisə etdikləri bir qadına meşəlik ərazidə işgəncə verib.

Yaşları 15-20 arasında olan cinayətkarlar qadını meşəyə saçından tutub sürüyərək aparıb. Daha sonra fiziki şiddət tətbiq ediblər. Bununla ürəkləri soyumayıb və qadının pulunu oğurlayıblar. Cinayətkarlar qadını bu hadisəni kimsəyə söyləməməklə qorxudub. Onlar bildirib ki, əks halda qadının ailəsinə də zərər verəcəklər.

Hadisənin görüntülərinin mətbuata sızmasından sonra Antalya Polis İdarəsi və Jandarm Komandanlığı istintaq əməliyyatları başladıb. Qadın isə hələ ki, polisə şikayət etməyib.

Related Articles

+994 50 295 94 79
top