MÜBARİZ HACIYEVİN MİNGƏÇEVİR “ARZUSU” – TUTDUĞU VƏZİFƏNİN ÖHDƏSİNDƏN GƏLƏ BİLMƏYƏN ETSN-NİN İDARƏ RƏİSİ NİYƏ İRƏLİ ÇƏKİLİR?

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bir müddət bundan öncə RealMedia.az-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər Şöbəsinin Füzuli rayonunda aşkar surətdə yerin təkindən qanunsuz istifadə edən işbazlar qarşısında hərəkətsizlik edən sözügedən şöbənin əməkdaşları haqda dəfələrlə tənqidi məqalələr yayımlanıb. Lakin, Regional qurumun özünə, yerli hüquq-mühafizə orqanlarına və əlbəttə ki, ETSN-ə göndərdiyimiz məktublar hələ də heç bir səmərə vermir.

Beləliklə, “Mal bazarı”nın arxa tərəfində dövlət fond torpaqlarına aid olan ərazidən ekskovatorla qazıntı işlərini aparan işbazlar haqqında heç bir tədbir və sərt addımlar atılmır ki, atılmır. Aydın məsələdir ki, bizlərin sözügedən ərazidə aparılan qanunsuz qazıntı işlərini dayandırmaq və qanunsuzluqlara rəvac verən şəxsləri cəzalandırmaq səlahiyyətimiz yoxdur.

Bu yaxınlarda redaksiyamıza daxil olan məlumatlara əsasən, həmin ərazidə yerin təkindən qanunsuz istifadə yolu ilə daşınan xammalı Xocavənd qəsəbəsində yeni salınan 145 ailəlik qəsəbənin inşaat meydanına aparan işbazlara Əvəz Novruz oğlu İsmayılov adlı şəxsin rəhbərlik etdiyi deyilir.

Müşahidələr göstərir ki, onun qanunsuz hərəkətlərinə lazım olduğu qədər ciddi reaksiya verilmir, istismarın qarşısı alınmır və stəyirlər ki, ən yaxşı halda o, cərimə ödəməklə məsuliyyətdən tamamilə kənarda qalsın. Nə isə… Məqsədimiz sözügedən məsələ ilə bağlı əvvəllər yazdığqlarımızın təfərrüatlarını təkrarlamaqla oxucularımızı yormaq deyil.

Demək, son günlərdə Mübariz Hacıyevlə bağlı RealMedia.az-a daxil olan ilginc məlumatları oxucularımızla paylaşmaq istəyirik.

Sözü gedən məlumatda qeyd olunur ki, M.Hacıyev iş yerini ETSN-nin 8 saylı (Mingəçevir) Ərazi Ekologiya və Təbii Sərvətlər İdarısinə rəhbər vəzifəyə dəyişmək istəyir. Hətta bu məsələni artıq “yuxarı” ilə də anlaşıb. Belə çıxır ki, Hacıyevə 9 saylı Regional Ekologiya İdarəsində göz yumduğu qanunsuzluqlara görə indiyə kimi “gözün üstə qaşın var”,- deyən olmayıb. Əksinə, onu daha cazibədar sayılan eyni statuslu digər struktur vahidinə rəhbər vəzifəyə göndərirlər.

8 saylı ETSİ “cazibədarlığından” söz açanda isə ilk növbədə ağıla gələn İdarənin nəzarət etməli olduğu ərazilərdə qanunsuz fəaliyyət göstərən obyektlər olur. Bu sıralar da Mingəçevir, Yevlax, daha dəqiqliyi ilə Qarabağ kanalı yaxınlığında və Kür hövzəsindəki süni balıqçılıq gölləri çoxluq təşkil edir. Çox güman ki, torpaqları istismar yolu ilə gölə çevirən sahibkarlarla “mübarizə” aparmaq Mübariz müəllimə xüsusi zövq verəcək.

Bundan başqa, Mingəçevir şəhərində Kür çayının kənarında yerləşən və həmişə qələbəlik olan “Sahil” parkında fəaliyyət göstərən çoxsaylı iaşə obyektlərinin zir-zibilinə nəzarət etmək Hacıyev üçün əyləncəli iş olacaq. Və beləcə məşhur atalar sözü də bu yerdə yada düşür: “Könlü balıq istəyənin quyruğu suda gərək”.

RealMedia.az

Related Articles

+994 50 295 94 79
top