Bu avtobus və avtomobillər gömrük rüsumundan azad edildi

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Sürücü daxil olmaqla 120 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş və sıxılmış qazla hərəkətə gətirilən avtobuslar üçün idxal gömrük rüsumları müəyyənləşib.

“Ölkə.Az”ın məlumatına görə, məxsusi olaraq hava limanlarında istifadə üçün nəzərdə tutulan avtobuslar idxal gömrük rüsumundan azad edilib. 

Sürücü daxil olmaqla 120 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş sıxılmış qazla hərəkətə gətirilən digər avtobusların isə mühərriklərinin hər bir kubsantimetri üçün 1,2 ABŞ dolları idxal gömrük rüsumu alınacaq. 

Sıxılmış qazla hərəkətə gətirilən xüsusi olaraq tibbi məqsədlər üçün nəzərdə tutulmuş avtomobillər də idxal gömrük rüsumundan azad edilib. 

Baş nazir Novruz Məmmədovun imzaladığı qərar dərc edildikdən 30 gün sonra qüvvəyə minəcək.

Related Articles

+994 50 295 94 79
top