Meşələrdə meyvə yığımına cərimə tətbiqinə aydınlıq gətirildi – RƏSMİ

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Meşələrdə yabanı meyvələrin icazəsiz yığılmasına görə ziyanın və cərimənin tətbiqi əvvəllər də mövcud idi”.

Bunu FED.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktor müavini Ağaqardaş Qaraşov bildirib. 

A. Qaraşov deyib ki, Nazirlər Kabinetinin 2004-cü il tarixli 145 nömrəli qərarına görə, cərimələr müəyyən edilib. Sadəcə həmin qərara dəyişiklik olunub və cərimələrin məbləği artırılıb. Nazirlik rəsmisi qeyd edib ki, son 14 il ərzində cərmələrin məbləği çox aşağı olub. Cərimələrə edilən dəyişiklik meşələrin qorunub mühafizə olunmasına və təqsirkar şəxslərin maddi məsuliyyətinin artırılmasına, meşə fonduna vurduqları faktiki ziyana uyğunlaşdırılmasına xidmət edir: 

“Meşə ehtiyatlarının mühafizəsi sahəsində səmərəli mexanizmin tətbiq olunması, meşələrə olan müdaxilələrin qarşısının alınması üçün bu qərar mühüm əhəmiyyət kəsb edir.

Qərara edilən yeni dəyişikliklərə əsasən meşə ərazilərində icazəsiz yığılan meşə sərvətlərinin hər kiloqramı üçün cərimə məbləği 3 dəfəyədək artırılıb. Məsələn, İtburnu, şabalıd, fındıq və dərman bitkilərinin icazəsiz yığılması üçün əvvəl cərimə 80 qəpik idisə, indi 2 manatdır. Çaytikanı, qoz üçün tətbiq edilən cərimə əvvəl 1 manat 20 qəpik idisə, indi 3 manatdır.

Ümumiyyətlə, meşə ehtiyatlarının bütün parametrləri – , mal-qara otarılması, ot çalınması, ağacların və kolların zədələnməsi üzrə cərimələr artırılıb”.

Related Articles

+994 50 295 94 79
top