Nazir bəstəkarın oğluna yüksək vəzifə verdi

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bir neçə gün öncə daha bir kadr təyinatı həyata keçirib.

Yenilik.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, nazirin əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai təhlükəsizlik idarəsinin rəis müavini, polis polkovniki Elçin Kazımi Çevik Polis Alayının komandiri, general Səhlab Bağırova müavin təyin edilib. 

E.Kazımi daha əvvəl də Çevik Polis Alayında işləyib, Səhlab Bağırov da “Qorotdel”in rəis müavini olmadan öncə ÇPA-nın komandiri olub. İndi isə hər iki polis zabiti köhnə işinə geri qayıdıb.

E.Kazımi bəstəkar Oqtay Kazıminin oğludur. O.Kazımi polis marşı və Çevik Polis Alayının marşını bəstələyib.

Related Articles

+994 50 295 94 79
top