Amaliya Pənahovaya qəbirüstü abidə qoyulmur – MÜƏMMA

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 5
    Shares

Xalq artisti Amaliya Pənahovanın dəfnindən 3 aydan çox vaxt keçməsinə baxmayaraq, onun qəbirüstü abidəsi hələ də hazırlanmayıb.

Unikal.org xəbər verir ki, ötən ilin noyabr ayında dünyasını dəyişən mərhum xalq artistimiz “Qurd qapısı” qəbiristanlığında həyat yoldaşı, xalq artisti Yusif Muxtarovun yanında dəfn edilib.

Qəbiristanlıqda apardığımız müşahidələr göstərir ki, mərhum sənətkarın qəbir üstü abidəsi aylardır qoyulmayıb.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov diqqətə çatdırıb ki, qəbirüstü abidənin hazırlanması ilə Bakı Şəhər İcra Hakimiyyəti məşğuldur.

Meriyadan isə bildirilib ki, xalq artistinin qəbirüstü abidəsinin hazırlanması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində hər hansı bir məlumat yoxdur.

Related Articles

+994 50 295 94 79
top