Faciəvi qəzada ölən azərbaycanlı müğənninin görüntüləri yayıldı – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 5
    Shares

Xəbər verdiyimiz kimi, Qax rayonunda yol qəzası baş verib.

BiG.AZ xəbər verir ki, hadisə bu gün günorta saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Qum kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-21015” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin – 1980-ci il təvəllüdlü Mehriban Natiq qızı Mustafayeva hadisə yerində ölüb. Sürücü, 1979-cu il təvəllüdlü Polad Mahmud oğlu Məmmədov və digər iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, mərhum M.Mustafayeva uzun illərdir şimal-qərb bölgəsində müğənni kimi fəaliyyət göstərirdi.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

+994 50 295 94 79
top