Nazirin oğlu İŞDƏN ÇIXDI

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
  • 3
    Shares

“Azərbaycan Beynəlxalq Bank” ASC-nin (ABB) İdarə Heyətinin (İH) sədr müavini Murad Şirəliyev işdən çıxıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, M.Şirəliyev işdən ayrılmaqla bağlı ərizə yazıb. 

O, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının 2018-ci il dekabrın 25-də keçirilən iclasında bu qərarını açıqlayıb. 

Şuranın həmin iclasında 2018-ci il üzrə maliyyə göstəricilərinə baxılıb, 2019-cu il üzrə büdcə layihəsi müzakirə edilib və Şuranın səlahiyyətlərinə aid olan bir sıra kredit müraciətlərinə dair qərarlar verilib

İclasda Bankın Baş direktoru Vasif Əhmədov İdarə Heyətinə üzv seçilərək İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, səhiyyə naziri Oqtay Şirəliyevin oğlu olan Murad Şirəliyev 2015-ci ilin iyul ayından 2018-ci ilin dekabr ayına qədər ABB-nin İH-nin sədr müavini olub. Onun Almaniya şirkəti olan “Solaris GmbH”də direktor vəzifəsinə təyinat aldığı bildirilir.

Related Articles

+994 50 295 94 79
top