Sabiq nazirin bir hotel-kazinosu da Minskdə tapıldı – FOTO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

“Minskdə belə bir hotel var, Buta Butik Hotel.Belarusiya Daxili İşlər Nazirliyinin yanındadır. Bütün belarusları heyrətə gətirib. Fantastik vəsait xərclənib”

Bu fikirləri müstəqil jurnalist Cavanşir Həsənli öz “facebook” səhifəsindən paylaşıb.

Jurnalist daha sonra yazır: “Nə qədər xərcləndiyini xərcləyənlər bilir. Kim xərcləyib?

Hotel sabiq vergilər naziri Fazil Məmmədova aid olub. Yeznəsinin şirkəti üzərindən inşa edilib. Amma vəzifədən çıxarılandan sonra əlindən alındığı deyilir. Hotelin cəmi 35 nömrəsi var. 20-si standart, üçü lüks suit, biri prezident nömrəsi.

Binanın foyesində 30 metrlik 9 ton (!) ağırlığında lüstr asılıb. Bir neçə min kristaldan və 560 led işıqdan ibarətdir, Türkiyədən gətirilib”.

Beləliklə, Azərbaycanda sahibkarlardan qeyri-qanuni yığılan milyonların, milyardlarrın daha bir ünvanı ortaya çıxdı. Qeyd edək ki, bundan əvvəl mətbuatda Fazil Məmmədovun Ukraynada və Litvada böyük biznesinin olduğuna dair məlumatlar yayılmışdı.

Sabiq nazir Fazil Məmmədov isə müalicəsini davam etdirir… Yəqin, bu yayılan məlumatların doğru olub -olmadığına tam sağalandan sonra aydınlıq gətirəcək. Allah şəfa versin… Gözləyək!(AzPolitika.info)

Related Articles

+994 50 295 94 79
top