Zəlzələ yollara da ziyan vurdu – Sürüşmə oldu (FOTO)

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Fevral ayının 5-də gecə saatlarında Şamaxı və İsmayıllı rayonlarında baş vermiş zəlzələ nəticəsində avtomobil yollarının bəzi hissələrində yolların eni və uzunu boyu çatlar əmələ gəlib, sürüşmələr qeydə alınıb.

Avtomobil Yolları Dövlət Agentliyindən Unikal.org-a verilən məlumata görə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 115-120-ci km-lik hisəsində 1-3 sm enində 5 yerdə çatlar yaranıb, Şamaxı-Pirqulu-Dəmirçi və Çuxuryurd-Qızmeydan-Pirbəyli avtomobil yollarında çatlar və sürüşmələr qeydə alınıb. Çatlar İsmayıllı-Muğanlı avtomobil yolunda da müşahidə olunur.

Hazırda Agentliyin əməkdaşları tərəfindən yollara baxış keçirilir, yollara dəymiş ziyan aktlaşdırılır.

Related Articles

+994 50 295 94 79
top