Azərbaycanda zəlzələdən qorxan dəvə adam öldürdü

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Fevralın 6-da Altıağac qəsəbəsində yerləşən otellərdən birində saxlanılan dəvə fəhləyə hücum edərək onu öldürüb.“Qafqazinfo”nun məlumatına görə, dərhal hadisə yerinə baxış keçirilib, iş üçün zəruri olan maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin edilib və ilkin izahatlar alınıb.İlkin araşdırmalarla belə nəticəyə gəlinib ki, həmin oteldə fəhlə işləyən 1961-ci il təvəllüdlü Əlibala Əliyev fevralın 5-də saat 23.00 radələrində Xızı rayonu ərazisində qeydə alınmış zəlzələdən sonra sahədə gəzişərkən dəvələrin saxlanıldığı xüsusi sahəyə daxil olub.Cütləşmə dövrü, həmçinin baş vermiş zəlzələdən aqressivləşən dəvə Ə. Əliyevə hücum edib, onun boynunu dişləri ilə sıxaraq tövlənin pəncərəsindən içəri salıb. Dəvə fəhləni dişləyərək ayaq zərbələri ilə öldürüb.Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

Related Articles

+994 50 295 94 79
top