Nazir daha 2 jurnalisti vəzifəyə təyin etdi

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi vəzifəsinə Aynur Osmanqızı, nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin mətbuat katibi vəzifəsinə isə Gülnar Əzizova təyin ediliblər.

Teleqraf.com xəbər verir ki, bu barədə ƏƏSMN mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat yayıb.

“Hazırki vəzifəsinə qədər A.Osmanqızı Report İnformasiya Agentliyinin müxbiri, G.Əzizova isə CBC telekanalında “Xəbər” proqramının aparıcısı və müxbiri kimi fəaliyyət göstərib.

Hər iki mətbuat katibini təbrik edir və fəaliyyətlərində uğurlar arzulayıram!”, – deyə F.Talıblı bildirib.

Related Articles

+994 50 295 94 79
top