Trampın iş qrafiki qalmaqala səbəb oldu

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

ABŞ prezidentinin şəxsi iş qrafikinin bu həftə internetə sızması ABŞ mətbuatında geniş müzakirəyə səbəb olub. Məlumata əsasən, Donald Tramp Ağ Evdə iş saatlarının böyük hissəsini səmərəsiz keçirir.

Bu barədə “The Guardian” nəşrində geniş məqalə dərc olunub.

Trampın tənqidçiləri “səmərəsiz iş saatları”nı onun Ağ Evdə “tənbəliyi” kimi qələmə verib.  İddiaya görə, Birləşmiş Ştatların dövlət başçısı işdə başlıca olaraq “Fox News” telekanalında çıxan xəbərlərə öz “Twitter”səhifəsində canlı olaraq reaksiya verməklə məşğul olur.

“Hazırda Boka qocalar evində masaüstü oyun oynayan yaşlılar Birləşmiş Ştatlar prezidentindən çox iş görür”, – deyə keçmiş respublikaçı konqresmen Coy Skarborou MSBC-nin “Morning Joe” verilişində bildirib.

Trampın “silahdaşları” isə bu iddiaları qəti şəkildə rədd edərək, prezidentin olduqca səmərəli və məhsuldar iş qrafikinin olduğunu, gün boyu görüşlər keçirdiyini və müxtəlif telefon danışıqları apardığını bildirir.

Trampın ötən üç ayı əhatə edən şəxsi iş qrafiki ötən həftəsonu “Axios” saytına sızıb. Anonim mənbənin yaydığı məlumata görə, Tramp iş gününün 60 faizini şəxsi işlərinə sərf edir. Bu, başlıca olaraq prezidentin saat 06:00-da yuxudan oyandığı vaxtdan 11:00-a kimi olan müddəti əhatə edir.

“Axios”un məlumatına görə, Tramp məlumatların sızmasından qorxduğundan dövlətin işinə aid olmayan görüş və zənglərini bu müddətdə həyata keçirir. Zənglər və görüşlər dedikdə, “Fox” telekanalının aparıcıları Şo Henniti və Lu Dobbs, köhnə dostu və vəkili Rudi Culiyani, Nyu-York biznesmeni Riçard LeFrak, mühafizəkar media maqnatı Kris Ruddi və keçmiş cangüdəni Kit Şiller, Konqresdən olan dostları – senator Linsey Qrehem, ABŞ konqresmeni Mark Meadou və başqaları ilə keçirdiyi görüşlər və telefon danışıqları nəzərdə tutulur.

O, mütəmadi olaraq “New York Times” və digər nəşrlərin redaksiyalarına zəng vuraraq, üz qabığındakı başlıqlardan şikayət edir.

Ağ Evin həm keçmiş, həm də cari heyəti internetə sızmış məlumatların həqiqəti əks etdirmədiyini bildirir.

Related Articles

+994 50 295 94 79
top