BEYLƏQAN RAYON İCRA HAKIMİYYƏTİNDƏN ŞƏHİD MİLLİ QƏHRƏMANA QARŞI HÖRMƏTSİZLİK

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Son vaxtlar şəhidlərə, qazilərə, şəhid ailələrinə qarşı dövlət məmurlarının etdiyi hörmətsizliklər mətbuatın gündəmindən düşmür. Hətta, bəzi məmurlar Prezident İlham Əliyevin şəhid və şəhid ailələri ilə bağlı imzaladığı fərmanların yerinə yetirilməsində belə brokratik əngəllər yaradırlar. Şəhidlərimizə qarşı növbəti hörmətsizlik isə Beyləqan rayonunda baş verib.

Beyləqnan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev şəhid Milli Qəhrəman Akif Əkbərova qarşı hörmətsizlik edib. Bu il fevralın 2-də Milli Qəhrəmanın doğum gününü qeyd etməkdən imtina edib.Bu barədə Xeberdar.net-ə Beyləqanda olan mənbəmiz məlumat verib.
Məlumata görə, hər il icra hakimiyyətinin təşkilatçılığı ilə dövlət səviyyəsində Milli Qəhrəman Akif Əkbərovun şəhid olduğu gün-12 avqust anım tədbiri keçirilirdi,anadan olduğu 2 fevral isə doğum günü kimi qeyd edilirdi. Həm anım tədbirində, həm də doğum günündə dövlətdə işləyən insanlar və içtimaiyyət nümayəndələri iştirak edir, Milli Qəhrəmanı anırdılar.
Bu il fevral ayının ikisində isə Akif Əkbərovun doğum günü qeyd edilmədi.Qeyd edilməməsinə səbəb kimi isə ölkə başçısının Beyləqn rayonuna səfərə gələcəyi göstərilsə də, hələ də Prezident Beyləqan rayonuna səfər etməyib. Demək ki, icra hakimiyyətinin başçısı Asif Ağayev bölgəyə prezidentin olmayan səfərini bəhanə edərək Milli Qəhrəmanın doğum gününün qeyd olunmasını əngəlləyib. Bu isə Başçının şəhidlərə,qazilərə, Milli Qəhrəmanlara olan münasibətini göstəricisidir.
Xatırladaq ki, Əkbərov Akif Abbas oğlu 2 fevral 1952-ci ildə Cəbrayıl rayonunun Balyand kəndində anadan olub. 1969-cu ildə 1 saylı Beyləqan şəhər orta məktəbini bitirib.1970-ci ildə ordu sıralarına çağrılıb. 1972-ci ildə ordudan tərxis olunur. 1974-cü ildə Beyləqan rayon Daxili İşlər Şöbəsində Polis nəfəri kimi fəaliyyətinə başlayır. Sonuncu iş yeri Polis Şöbəsinin dövlət avtomobil müfəttişliyi bölməsi olur. Akif Əkbərov həmin bölmədə yol-patrul xidməti müfəttişi vəzifəsində işləyirdi.

1991-ci il… Avqustun 5-i… Beyləqan rayon Polis Şöbəsinin bir qrup əməkdaşı Kəlbəcər rayonunun “ Sarı yer” yaylağındakı mülkü şəxslərin təhlükəsizliyini təmin etmək üçün ezam olunur. Polislərin arasında Akif Əkbərov da var idi. Erməni quldurları tez-tez yaylaqlara qəfil basqınlar etdiyindən, polislərimiz hər zaman sayıq olmağa çalışırdılar.

Avqustun 12-i ermənilər Cermuq şəhəri tərəfdən “ Sarı yer” yaylağına hücuma keçirlər. Əhalini qorumaq üçün polis işçiləri döyüşə girirlər. Akif elə döyüş mövqeyi tutmuşdu ki, ermənilər başlarını qaldırmağa belə macal tapmırdılar. Təxminən 6 saat davam edən bu döyüşdə Akif Əkbərov xüsusilə fərqlənir. Düşmənin xeyli canlı qüvvəsi məhv edilir. Lakin qəfil düşmən gülləsi Akifdən də yan keçmir. O, qəhrəmancasına həlak olur.

Ailəli idi. Beş övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əkbərob Akif Abbas oğlu ölümündən sonra “ Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Beyləqan rayonunda dəfn edilib. Büstü qoyulub.

Beyləqan rayonundakı küçələrdən biri onun adını daşıyır.
Xeberdar.net

Related Articles

+994 50 295 94 79
top