TİKİNTİ ŞİRKƏTİ NƏSİMİDƏ “AĞAC SOYQIRIMINA” HAZIRLAŞIR — FOTO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bakının Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan küçəsi 68A ünvanında “Memar İnşaat 2017 MTK” tikinti şirkəti tərəfindən “İsmayıllı Residense” adlanan 4 binanın həyətində çoxmənzilli yaşayış binası tikilir.
Ərazidə yaşayan sakinlər Demokrat.az-a göndərdikləri müraciətlərində qeyd edirlər ki, tikinti şirkəti rəhbərliyinin göstərişi ilə sözügedən yerdə mövcud olan ağaclar kəsiləcək.
“Ərazi sıxlıqdır. Burada əlavə binalar tikmək digər bina sakinlərinin havasızlığına səbəb olacaq. Üstəlik də bina tikən şəxslər ərazidə ağacları kəsməyə hazırlaşırlar. Tikintiyə razılığın verilməsi belə, qanunsuzluqdur”, – deyən sakinlər mövcud qanunsuzluqlara öz etirazlarını bildirməkdə davam etdirəcəklərini bildirir.

Demokrat.az

Related Articles

+994 50 295 94 79
top