TRAMP İŞ VAXTINI BOŞUNA KEÇİRİRMİŞ – AĞ EV BU SİRRİ MƏTBUATA SIZDIRANLARI AXTARIR

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Prezident Donald Trampın şəxsi gizli qrafikini mətbuata sızdıran bir həftə içində tapılacaq”.

Xarici agentliklərə istinadən xəbər veririk ki, bu barədə Ağ Ev aparatının rəhbəri M. Malvani “Fox New”s kanalına verdiyi müsahibədə söyləyib.

Onun sözlərinə görə, qrafik barədə bu cür məlumata malik olmaq üçün Ağ Evdə ən azı 3 ay çalışmaq lazımdır.

Qeyd olunur ki, bir həftə bundan öncə “Axios” internet nəşri ABŞ-ın dövlət başçısının son üç aydakı iş vaxtı barədə gizli mənbədən gələn məlumatı dərc edib. Buna görə Ağ Evin sahibinin iş günü gec saatlarda başlayır. Bundan başqa, Trampın günün əhəmiyyətli hissəsini televizora baxaraq, qəzet oxuyaraq və tvitterdə mesaj yazaraq keçirdiyi məlum olub.

İnternet portalının verdiyi xəbərdə prezidentin iş vaxtının 60%-ni və ya 300 saatını guya sənədlərlə çalışmaq adı altında, amma əslində planlaşdırılmayan görüşlərə, telefona zənglərinə, qəzetlərə, telekanallara və sosial şəbəkələrə ayırdığı göstərilib. 3 ay ərzində rəsmi görüşlər və iclaslara həsr olunan vaxtın müddəti 77 saatı keçməyib. 38 saat isə müxtəlif tədbirlərə sərf olunub.

Saytın bildirdiyinə görə, ayın müəyyən günlərini Donald Tramp “sənədlərlə çalışmaqda” keçirir. Lakin ABŞ Konqresinə keçən ilin noyabrın 7-də keçrilən seçkilərdən sonra bəhs olunan fəaliyyət üçün cəmi 7 saat ayrılıb.

Materialda prezidentin Ağ Ev tərəfindən yaydığı həftəlik rəsmi iş qrafikinə istinadən Trampın saat 11-ə qədər ümumiyyətlə çalışmadığı göstərilib.

Related Articles

+994 50 295 94 79
top