Abel Məhərrəmovun səhhətində problem yaranıb? – Sabiq rektorun xəstəxanaya yerləşdirildiyi deyilir + Açıqlama

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Sabiq rektorun səhhətində yaranan hər hansı problemlə bağlı məlumatlı deyilik”.

Bu sözləri Axar.az-a BDU-da hazırda “Üzvi kimya” kafedrasının rəhbəri kimi fəaliyyətini davam etdirən sabiq rektor Abel Məhərrəmovun səhhətində ciddi problem yaranması ilə bağlı danışan BDU mətbuat katibi Pərvanə İbrahimova deyib.

Mərkəzi Klinik Xəstəxanadan isə bildirildi ki, bu barədə onlara hər hansı açıqlama vermək qadağan olunub: “Xəstələrlə bağlı məlumatları yalnız onların yaxınlarına verilir”.

Qeyd edək ki, Müxalifət.az saytı A.Məhərrəmovun səhhətində ciddi problem yarandığı və Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirildiyi haqda məlumat yayıb.

Related Articles

+994 50 295 94 79
top