Azərbaycanda qadın abort zamanı öldü – 2 uşağı var…

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Göyçay rayonunda qadın abort zamanı dünyasını dəyişib. 
AZXEBER.COM Report-a istinadən bildirir ki, hadisə Göyçay Rayon Mərkəzi Xəstəxanasında baş verib. 
Rayonun İnçə kəndində yaşayan Ağstafa sakini, 24 yaşlı qadın bu gün səhər saatlarında abort üçün xəstəxanaya müraciət edib. 
Xəstəxananın Doğum şöbəsində mama-ginekoloq Roza Babayeva tərəfindən abort edilən qadının bir qədər sonra halı pisləşib və dünyasını dəyişib. 
Qeyd edək ki, bu, qadının 3-cu hamiləliyi olub.
Faktla bağlı araşdırma aparılır.

Related Articles

+994 50 295 94 79
top