Rusiyada ağ ayılara görə fövqəladə vəziyyət elan olundu – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 6
    Shares

Yeni Torpaq arxipelaqında ağ ayıların yaşayış məntəqələrinə hücumu kütləvi hal alıb.

“Vesti.ru”nun məlumatına görə, yaranmış vəziyyətlə əlaqədar arxipelaqda fövqəladə vəziyyət rejimi qüvvəyə minib.

Arxipelaqın qəsəbələri yaxınlığında əvvəllər ağ ayıların sayı 10-dan çox olmadığı halda, indi yaxın çevrədə 52 yırtıcı qeydə alınıb.  Ayılar özlərini olduqca aqressiv aparır, evlərə və xidməti binalara daxil olurlar.

Yaşayış məntəqələrində yırtıcıları gur səs və işıqlar, həmçinin, it və avtomobillərin köməyi ilə qovan patrullar təyin olunub.

Related Articles

+994 50 295 94 79
top