AAAF PARKDA BİABIRÇI OLAY- QADIN ATLETLƏRLƏ MƏŞQÇİ ARASINDA GƏRGİNLİK YARANIB

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Dünən AAAF parkda biabırçı hadisə baş verib.

Günpress.az-a daxil olan məlumata görə, ötən ilin yekunu ilə bağlı təşkil olunan tədbir zamanı AAAF Parkın həyətində insident baş verib.

Belə ki, qadınlardan ibarət milli komandanın məşqçisi Təranə Abbasova iki qadın atleti komandadan qovub. Bununla razılaşmayan idmançı qadınlar məşqçi Təranə Abbasovanın üzərinə hücum çəkib. Məşqçiyə hücum edənlərdən biri Elnarə adlı atletdir.

O da bildirilib ki, səsə gələn AAAF üzvləri və AAAF park sakinləri insident tərəflərini ayırıblar. Məşqçidən hadisənin səbəbi ilə bağlı soruşulan AAAF rəsmilərinə iki atletin qeyri-etik hərəkət etməsi və bu səbəbdə komandadan uzaqlaşdırıldığı bildirilib.

Xalqxeber.az

Related Articles

+994 50 295 94 79
top