BAKIDA AĞACI KƏSİB OBYEKT TİKMƏK İSTƏDİLƏR

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bakıda qurumuş ağac kəsilib. Bakı Şəhər İcra Hakimiyyətindən Xalqxeber.Az-a verilən məlumata görə, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin “V” yaşayış massivində ağac kəsilməsi və yerində obyekt tikintisinə hazırlıq görülməsi ilə əlaqədar “Qaynar xətt”ə vətəndaşlardan müraciətlər daxil olub.

Şəhər İcra Hakimiyyətinin nümayəndələri əraziyə baxış keçirib, həqiqətən də 1 qurumuş ağacın kəsilməsi faktı aşkarlanıb. 

Faktla bağlı müvafiq araşdırma aparılıb, həmin ərazi məişət və digər tullantılardan təmizlənib və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən burada yeni ağaclar əkilib.

Eyni zamanda aidiyyəti qurumlara əraziyə nəzarətin artırılması tapşırılıb.

Related Articles

+994 50 295 94 79
top