BDU-nun tələbəsi niyə öldürüldü? – SƏBƏB ÜZƏ ÇIXDI – FOTO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Dünən axşam saatlarında Şirvan şəhərində baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin I kurs tələbəsi Rəşad Fətullayevin qız üstündə düşən mübahisə zəminində öldürüldüyü məlum olub.

Bildirilir ki, qış tətili ilə əlaqədar doğulduğu şəhərdə olan 18 yaşlı Rəşad sevdiyi qızı narahat edən 2001-ci il təvəllüdlü Adıgözəlov Amil Mahir oğlu ilə söhbət edərək məsələni aydınlaşdırmaq istəyib. Bu zaman həmyaşıdlar arasında mübahisə yaranıb və əslən Sabirabad rayonundan olan və Şirvanda kirayə yaşayan Amil bıçaqla Rəşada ağır xəsarət yetirib. Universitet tələbəsi aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı Şirvan şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Related Articles

+994 50 295 94 79
top