BDU-nun tələbəsini ürəyindən bıçaqlayan 18 yaşlı Amilin FOTOSU

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bakı Dövlət Universitetinin birinci kurs tələbəsini öldürməkdə şübhəli bilinən 18 yaşlı Amil Adıgözəlovun fotosu yayılıb.
Yenilik.az qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə fevralın 12-də saat 20 radələrində Şirvan şəhəri ərazisində baş verib.Sabirabad rayon sakini Amil Adıgözəlov mərhum Rəşad Fətullayevin qonşuluğunda anası ilə birgə kirayədə yaşayıb. Qonşular onun tüfeyli həyat tərzi sürdüyünü və kriminal aləm üzvlərinə simpatiyası ilə fərqləndiyini bildiriblər.
R.Fətullayev atasına məxsus mağazanın qarşısında olarkən həmyaşıdı olan qonşusu Amil ondan pul istəyib, lakin Rəşad ona pul verməkdən imtina edib. Bu səbəblə başlayan mübahisənin sonunda Amil Rəşada bir neçə bıçaq zərbəsi vuraraq ğldürüb.
R.Fətullayev BDU-nun Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin birinci kurs tələbəsi imiş.

Related Articles

+994 50 295 94 79
top