ORANI-BURANI BURCUTMALISAN Kİ, SPONSORLAR SƏNƏ PUL SAYSINLAR – TACİR ŞAHMALIOĞLU

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 7
    Shares

Hamı etdiyinin qarşılığını alır.

Son günlər şou-biznes aləmi bir-birinə dəyib. Müğənnilər efirlərdə, sosial şəbəkələrdə sponsorlarının onlara bağışladığı avtomobillərin, qızıl-ziynət əşyalarının qiymətini açıqlayır. Bu isə sosial şəbəkədə böyük müzakirəyə səbəb olub.

Ümumiyyətlə, müğənniyə sponsor lazımdırmı? Sponsorlar hansı müğənnilərə pul xərcləyir?

AzNews.az bununla bağlı sənət adamları arasında sorğu keçirib.

Əməkdar artist Baloğlan Əşrəfov: “Bunu bütün Azərbaycan bilir ki, Baloğlan Əşrəfov öz sənətinin gücünə ayaqda qalıb. Sponsor mənlik deyil, olmayıb, olmayacaq da. Öz halal zəhmətimlə toylara getmişəm, zəhmət çəkib 7 saat canlı oxuyub pul qazanmışam. Problemlərimi də qazandığım puldan həll etmişəm. Sponsor mənlik deyil. Ömrüm boyu sponsordan bir manat da olsa belə bəhrələnməmişəm. Bu mövzu ətrafında sponsoru olanlar, onun hesabına efirlərdə oxuyanlar danışsın. Elə adamlar var ki, gözəl sənəti var, amma xalq, çəmiyyət onu tanımır. Kimsə ona əl tutsa, bir balaca təkan versə, Allaha da xoş gedər. Daha axmaq-axmaq şeylərə yox. Xırda bir təkan kimisə dünya şöhrətli müğənni edər. İbrahim Tatlısəsin özünə də vaxtı ilə dəstək verən olub. Sonra İbrahim Tatlısəs görün neçə adama dəstək oldu. İstər qadın, istərsə də kişi olsun, fərq eləməz, istedadı olan şəxslərə dəstək olmaq lazımdır”.

Müğənni Yusif Mustafayev: “Mənim bir sponsorum olub, o da Allah. Allahdan başqa mənə dəstək olan olmayıb. Gözüm həmişə Allahdadır. Ondan başqa kimdənsə nəsə ummamışam. Səhnədə olduğum müddətdə göydə Allah, yerdə də xalqımız məni yaşadıb. Azərbaycan xalqına borcluyam ki, məni yaşadır”.

Müğənni Tacir Şahmalıoğlu: “Hər bir müğənniyə sponsor lazımdır. Çünki hər birimizin öz sənəti, oz dəsti xətti var. Amma nə yazıq ki, bu gün ancaq qadınlara sponsorluq edirlər. Bunun da səbəbi aydındır. Yaxşı pullu kişilər var, onlar ancaq qadın müğənnilərə pul xərcləyirlər. Onlar pul xərclədiyi qadınları irəli aparırlar. Sponsorların hardasa pul xərclədiyi müğənnilərdən umacağı var. Bu gün havayı kim kimə nə edir? Hamı etdiyinin qarşılığını alır. Bəzi müğənnilərin bir yerdə yaşadığı şəxslər var. Onlar pul xərcləyir, bu da onun hesabına işini görür. İndi kişi cildində qadınlar da var. Adı kişidir, amma özünü qadın kimi aparır. İndiki sponsorlar adı kişi olub, özünü qadın kimi aparanlara pul xərcləyir. Özünü kişi kimi aparanlara pul vermirlər. Qadın kimi olub, əzilməlisən, büzülməlisən, oranı-buranı burcutmalısan ki, sənə pul saysınlar. Belə şeylər bəzi sponsorların xoşuna gəlir. Bunlar olmasa heç kim kişiyə pul saymaz. Heç kəs sənətə önəm vermir. Şəxsən mənim bu günə kimi nə sponsora, nə də heç kimə ehtiyacım olub”.

Related Articles

+994 50 295 94 79
top