ÇÖRƏK ALDI, İÇƏRİSİNDƏN YAD MADDƏ ÇIXDI – ANA VƏ QIZI… (FOTO)

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Sumqayıtda çörəyin içindən qəhvəyi rəngdə, mənşəyi məlum olmayan maddə çıxıb. 

Unikal.org-a müraciət edən vətəndaş İlhamə Həsənova bildirir ki, Sumqayıt şəhəri 9-cu mikrarayon “Şərq” bazarının yaxınlığında yerləşən “Halal” marketdən aldığı çörəyin içərisində qaraltı aşkarlayıb:

“Çörəyi aldım əvvəlcə bir hissəsini övladım qırıb yedi. Sonra digər hissəsini kəsəndə içərisində yağa bənzər qəhvəyi rəngli maddə var idi. Nə olduğunu bilmədik. Sonra qızım 14 yaşlı Mahizər Həsənovanın səhhətində problem yarandı, ürəyi bulandı.Təcili yardım çağırdıq. Övladımın mədəsini yuyub, qatıq verdik. Övladım allergiya verib. Mən özüm də həmin çörəkdən yemişəm. İki gündür halsızam. Həkimlər halsızlıq, zəhərlənmə diaqnozunu qoydu. Sonra çörəyi aldığım mağazadan öyrəndim ki, çörəyi “Sumqayıt çörək zavodu” bişirir. Həmin müəssisəyə xəbər etdim. Bir nəfər gəldi, ona iradımı bildirdim. Əvəzində məni borclu çıxardı. Dedi ki, “get hara istəyirsən şikayət elə”. İndi mən aidiyyatı dövlət qurumlarından kömək istəyirəm.”

Related Articles

+994 50 295 94 79
top