MƏŞHUR “MAPS.ME” ŞİRKƏTİNDƏN AZƏRBAYCANA QARŞI BÖYÜK TƏXRİBAT – FOTOFAKT

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Məşhur “maps.me” offlayn xəritədə Azərbaycan əraziləri Dağlıq Qarabağ Respublikası kimi göstərilib.

Baku.ws-ə istinadən xəbər veririk ki, xəritədə Dağlıq Qarabağın ayrıca Respublika kimi qeyd olunması Azərbaycanın ərazi bütövlüyünün pozulmasıdır.

Azərbaycan Respublikasının suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərini xəritədə düzgün göstərməyən “maps.me” beynəlxalq hüquq normalarını kobud şəkildə pozub.

Məsələ ilə bağlı Baku.ws Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.

Nazirlikdən cavab olaraq bildirilib ki, “Maps.me” oflayn mobil xəritə tətbiqində Azərbaycanın tarixi ərazilərinin “Dağlıq Qarabağ Respublikası” kimi təqdim olunmasına etiraz əlaməti olaraq, səhvin düzəldiməsi ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən qarşı tərəfə müraciət ünvanlanıb.

Qeyd olunan məsələnin diplomatik kanallar vasitəsi ilə həll olunmasına dair Xarici İşlər Nazirliyinə də müraciət olunub.

Related Articles

+994 50 295 94 79
top