PREZİDENTİN ÇIXIŞLARINDAKI MÜHÜM MESAJLAR – “VƏTƏNDAŞ”, “DÖVLƏT”, “BİZ”, “XİDMƏT”, “İSLAHAT”…

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Son dövrlər radikal müxalifət qüvvələri Prezident İlham Əliyevin vətəndaşlarla sıx təmasına başqa don geyindirməyə çalışırlar. 

Belə ki, hakimiyyət əleyhdarları ölkə başçısının bütün kampaniyalarını öz üzərində quraraq avtoritar bir yanaşma ortaya qoyduğunu iddia edirlər. Halbuki Prezient İlham Əliyevin son addımları, vətəndaşlarla görüşləri onlarla söhbətini nəzərdən keçirəndə detallarda səmimiyyət hiss olunur. Eyni zamanda, Dövlət başçısı Real TV-yə müsahibəsində də bir daha vətəndaşlara xidmətin ən vacib şərt olduğunu vurğulayıb. Bundan əlavə, burada komanda işinin də əsas olmasını qeyd etməsi ümumilikdə dövlət aparatının xalqa xidmət etməli olduğu mesajını vermiş oldu. 

Milli Məclisin Deputatı Tahir Mirkişili isə Prezident İlham Əliyevin Real TV-yə müsahibəsini analiz edib.

Tahir Mirkişili bildirib ki, xüsusi kompüter proqramı vasitəsilə Prezident İlham Əliyevin Real TV-yə müsahibəsini təhlil etdikdə maraqlı nəticələr ortaya çıxır: 

“Belə ki, 5000-dən çox sözdən ibarət olan müsahibədə cənab Prezident ən çox “Azərbaycan”, “vətəndaş”, “dövlət”, “biz”, “xidmət”, “islahat”, “gənc” və “inkişaf” sözlərini işlətmişdir. Müasir texnoloji təhlil də dövlət başçısının siyasi xəttinin əsas istiqamətlərinin Azərbaycan dövləti, Azərbaycan vətəndaşı, iqtisadi inkişaf, islahatlar və gənclər olduğunu göstərir”.

XALQXEBER.AZ

Related Articles

+994 50 295 94 79
top