Baş nazir gömrükçülərlə bağlı qərar verdi

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Nazirlər Kabineti 2006-cı il 9 yanvar tarixli qərarla təsdiq edilmiş “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”na dəyişikliklər edib.

Mia.az-ın məlumatına görə, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın 2-ci hissəsinin (Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə aşağıdakı dövrlər daxil edilir – red) on birinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəzlənib və on ikinci “gömrük orqanlarından xidmətinə xitam verilmiş əməkdaş iki il ərzində yenidən xidmətə qəbul edilərsə, gömrük orqanlarında əvvəl xidmət etdiyi müddət.” abzası əlavə olunub.

Related Articles

+994 50 295 94 79
top