Tramp administrasiyası seçkiləri xarici müdaxilədən qoruyan qrupların sayını azaldır

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Amerikalı ekspertlər yeni seçki fəlakətinin olacağını bildirir

ABŞ Daxili təhlükəsizilik nazirliyinin nəzdində seçkilərə xarici müdaxiləyə qarşı qurulan iki federal komandanın əməkdaşlarının sayı azaldılır.

“Ekspertlərin rəyinə görə, bu nazirliyin 2020-ci il seçkilərində adekvat şəkildə hazırlığına ciddi əngəl törədəcək”,- deyə The Daily Beast sayta yazır.

Qəzetin rəyini ala bildiyi, qurumun keçmiş yüksək vəzifəli şəxslərindən birinin söylədiyinə görə, 2020-ci ildə yenidən fəlakətli situasiya yaşana bilər.

“Biz Rusiyanın aktivlik nümayiş etdiirəcəyini bilirik. Digər oyunçu dövlətlər də Kremlin bu sahədə müvəffəqiyyətləri ilə tanış olub və dezinformasiya üzrə əməliyyatların qiymətini bilirlər. Bu səbəbdən bunlarla mübarizə aparacaq operativ qrupların səviyyəsinin aşağı salınması və rəhbərliyin 2020-ci il seçkilərinə hazırlıq üçün resurslar təmin etmək istəməməsi olduqca maraqlı görünür”,-deyə həmin şəxs sayta söyləyib.

“Nazirliyin tərkibindəki Kibertəhlükəsizlik və infrastrukturun təhlükəsizliyinin təmin olunması üzrə agentliyə (ingiliscə Cyber Security and Infrastructure Agency – CISA) daxil olan həmin operativ qruplar Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsinə cavab olaraq yaradılıb. Onlardan biri seçkilərin infrastrukturunu təşkil edən obyektlərin təhlükəsizliyi üzərində, digəri isə seçkilərdə xarici təsirlərə, o cümlədən sosial şəbəkələrdə aparılan dezinformasiya kampaniyalarına qarşı mübarizə üçün çalışır.

İndi həmin qruplardan biri, demək olar ki, yox edilib. İkincisinin ştatı isə iki dəfə azaldılıb. Özü də bu addımlar qrupların 2018-ci il Nümayəndələr palatasına keçirilən seçkilərlə bağlı verdiyi raportdan sonra atılıb.

Daxili təhlükəsizlik nazirinin keçmiş köməkçisi Con Koen Tramp administrasiyası kəşfiyyatının rəhbərinin də Rusiya, İran və Çin tərəfindən “nüfuz etmə əmliyyatı”nın keçirilməsi ehitmalından söhbət açdığına diqqət çəkərək, indi yuxarı rəhbərliyin bu məsələ üzərində çalışmaq istəməməsini narahatlıq üçün ciddi əsas hesab etdiyini bildirib.

“2016-cı ilin təkrarı baş verməyəcək. Çünki təhdid də özünü dəyişdirib. Bu məsələ ilə məşğul olan, lakin olduqca pis təchizatlanmış operativ qruplar isə düşmənlə bacara bilməz”,-deyə Con Koen qeyd edib.

Daxili təhlükəsizlik nazirinin siyasət üzrə keçmiş müşaviri Pol Rozensveyqin sözlərinə görə, yeni dəyişikliklər Ağ Evdə seçkilərin təhlükəsizliyinin təmin olunmasına marağının itdiyini göstərir.

“The Daily Beast” aralıq seçkilərinə qədər hər iki qrupun birbaşa Senat tərəfindən yaradılan CİSA-nın direktoru Kris Keberə tabe olduğuna, lakin hazırda isə olduqca aşağı rütbə

Related Articles

+994 50 295 94 79
top