Qohumlar birləşib, zavodun 75 min manatını “əritdi”

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

İsmayıllıda istehsalat müəssisəsində dəfələrlə oğurluq edən dəstə saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Belə ki, ilin yekunu ilə əlaqədar müəssisədə keçirilmiş yoxlamalar zamanı ümumi dəyəri 75 min manatdan artıq müxtəlif qurğuların ötən il ərzində oğurlandığı məlum olub.

Hadisəni törədən şəxslərin Göyçay rayonunun Qarayazı kənd sakinləri Əkbər Talıbov, onun qohumu Məhəmməd Talıbov, həmkəndliləri Səfa Abbasov və İsmayıllı rayonunun Kürdmaşı kənd sakini Hüseyn Cəbiyev olduqları müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılıblar.

Ə. Talıbov və S. Abbasovun ötən ilin aprel, may və dekabr aylarında həmin müəssisənin anbarına 5 dəfə qanunsuz daxil olmaqla oradan ümumi dəyəri 12 min manata yaxın müxtəlif su qurğularını, eləcə də digər metal tərkibli əşyaları oğurladıqları müəyyən edilib. Bundan əlavə Ə. Talıbov, S. Abbasov və H. Cəbiyev əvvəlcədən bir qrup şəxs halında birləşərək 2018-ci ilin noyabr ayında həmin zavoda qanunsuz daxil olaraq bu dəfə oradan 16 min manat dəyərində mis metal tərkibli qurğuları oğurlayıb. Qohumlar Ə. Talıbov, M. Talıbov və həmkəndliləri S. Abbasovun bu ilin yanvar ayının 1-də həmin müəssisədən 16500 manat dəyərində oğurluq etdikləri üzə çıxıb. Onlar oğurladıqları əşyaları metaləritmə zavodlarına veriblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

Related Articles

+994 50 295 94 79
top