“Sən haranın maralısan?” – Afətdən Nadirə cavab

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
  • 5
    Shares

Şou-biznesdə növbəti qalmaqal müğənnilər Nadir Qafarzadə və Afət Fərmanqızı arasında yaşanıb. 

Yenilik.Az axşam.az-a istinadən bildirir ki, Qafarzadə “Hüseynova bacıları” verilişində Afətin Nəsiminin “Sığmazam” qəzəlinə yazdırdığı mahnını tənqid edib. “Qulaq asmıram… Qulaqlarıma yazığım gəlir. Məni bir də ana doğmayacaq, belə qulaqlar dünyaya gəlməyəcək. Bu, mənim şəxsi fikrimdir. Elə musiqilər gələndə qulaqlarımı tıxayıram” sözləri cavabsız qalmayıb. 

Fərmanqızı Nadirin sözlərini paylaşaraq, tənqidlər yazıb:

“Sən deyildin “Çadralı qız” oxuyub, qulaqlarımızı korlayan? Bəs bizim qulaqlarımıza yazığın gəlmirdi? Sənin kimilər idi da bunları oxuyan. Bizi anamız neçə dəfə doğur ki? Biz də bir dəfə doğuluruq da… 

Elnarə Abdullayeva kimi sənətkar mahnıma qiymət verdikdən sonra sən hara maralısan? Maral demişkən, bilmirsiz “Maral” mahnısını türklərdən kim oğurlayıb, oxuyub? Bu verilişə məni də çağırıblar, 21-də çəkiliş olmalı idi. Gəlməyəcəm, buradan deyim bilin. 

“Gelandewagen”imi ora sürməyə heyfim gəlir. Bunların mahnıları pulla da trendə düşə bilmir. Mənim mahnım pulsuz, xalqın sevgisi ilə düşür. Dözə bilmirlər. Bunlar deyildi soyqırım günü konsert verən?”.

Related Articles

+994 50 295 94 79
top