Növbəti avtobus BİABIRÇILIĞI: əlbəyaxa dava – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bakıda avtobus sürücüləri arasında dava düşüb. Onları sərnişinlər sakitləşdirib

Davaya səbəb isə sürücülərdən birinin digərinin vaxtına girməsi olub.

Avtobus sürücüləri əvvəlcə mübahisə edib, daha sonra əlbəyaxa olublar.

Görüntülər sərnişinlərdən biri tərəfindən çəkilərək “Xəzər Xəbər”in votsap nömrəsinə göndərilib.

Araşdırma zamanı məlum oldu ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində, 55 saylı avtobus sürücülərinin arasında baş verib.

Sözügedən xəttin dispetçeri Şahin Əliyev bildirdi ki, artıq həmin sürücülər müəyyən edilib və daşıyıcı şirkət tərəfindən cəzalandırılıb.

Şahin Əliyev əlavə etdi ki, digər sürücülərə də öz hərəkət qrafiklərinə əməl etmək barədə tapşırıqlar verilib. Belə hallara yol verən sürücülərə güzəşt edilməyəcək.

Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, görüntülərlə bağlı araşdırma aparılacaq və lazımi tədbirlər görüləcək.

Cahan.info

Related Articles

+994 50 295 94 79
top