Vüsalə Mahirqızının yeni layihəsini kim maliyyələşdirir?

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Ötən il fəaliyyətini dayandırmış APA-nın bazası əsasında yaradılan yeni xəbər agentliyinin – ONA-nın (Online News Agency) kollektivinin formalaşdırılması prosesi bitmək üzrədir.
Azpolitika-ya daxil olan məlumata görə, Vüsalə Mahirqızınınyaxınlarda fəaliyyətə başlayacaq yeni proyektinin maliyyə büdcəsi hətta APA-nın büdcəsindən də artıqdır. Bu da kollektivin yenidən formalaşdırılması prosesinin sürətlə aparılmasına imkan verib. “ONA-nın kollektivinin 80-90 faizi artıq formalaşdırılıb”, deyə məlumatlı mənbə bildirib. Məlumata görə, V.Mahirqızı APA-nın əvvəlki kollektivinə keçmişdə olduğundan daha yaxşı maaş təklifləri verməklə yanaşı, digər agentlik və saytların təcrübəli əməkdaşlarını da kifayət qədər yüksək əməkhaqqı vədi ilə yeni layihəsinə cəlb etmək istəyir. “Təklif olunan maaş Azəbaycan standartlarının çox-çox üstündədir”, mənbə deyir.

Qeyd edək ki, Vüsalə Mahirqızının yeni layihəsinin arxasında hansı qüvvənin dayandığı hələ ki, məlum deyil. Bəzi mənbələr ONA-nın da Kəmaləddin Heydərov tərəfindən maliyyələşdiriləcəyini və onun nəzarəti altında olacağını iddia etsələr də, bu inandırıcı deyil. K.Heydərovun hazırki siyasi və maliyyə vəziyyəti, ən əsası, APA-nın bağlanmasının əsl səbəbi belə bir ehtimalı istisna etməyə əsas verir. Digər tərəfdən, işin içində K.Heydərov olsaydı, yeni agentlik yaratmağa ehtiyac yox idi – APA bərpa olunardı. 
Çox böyük ehtimalla, bu agentlik “yeni komandanın” media sektoruna daha dərindən nüfuz etmək istəyinin təzahürüdür.

Related Articles

+994 50 295 94 79
top