“Allahdan qorxun, Damla anadır” – Xalq artisti coşdu

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Mənim Damla ilə şəxsi həyatda tanışlığım yoxdu. Amma bu gün yayılanları görüb, şoka düşdüm, hədsiz pis oldum. Əvvəla, o bir qadındır və sonra da anadır. Bu görüntü ona aid oldu, olmadı belə şərəfsizlikmi olar ?! Kim o videonu yayıbsa, Allah bəlasını versin! Kişi olan kəs də hansısa qadına, anaya belə pislik edər ?! Allah böyükdür, Damla ürəyini sıxmasın. Balasını böyütsün, haqq- ədalət öz yerini tapacaq. Nə istəyirlər bu xanımdan ? Heçmi Allahdan qorxu yoxdu ? İftiranın böhtanın günahı və çirkinliyi başqa günahlardan qat-qat çoxdur. Allah-təala peyğəmbərləri və imamları məsum və günahsız yaratmışdır. Hər birimiz səhv edirik, amma yalan yazmaq, yaymaq və ya kiməsə şər böhtan atan cəhənnəmlikdi”. Bu sözləri xalq artisti Məleykə Əsədova müğənni Damla haqda xeberchi.az – a özü yazaraq dəstək olub. Real həyatda tanış olmasalar da, Məleykə xanım ifaçıya bir ana olaraq, zəhmetkeş xanım olaraq dəstək olub.

Related Articles

+994 50 295 94 79
top