Bir gün əvvəl nişanı olmuşdu, qəzada öldü

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bakıda bir gün əvvəl nişanlanan gənc qəzada vəfat edib.
Yenilik.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında şəhər şossesindən Maştağaya gedən yolda baş verib.
Belə ki, Əli Novruzov “Koroğlu” metrosundan “1 manatlıq” taksiylə Maştağa qəsəbəsinə gedirmiş. Taksi sürücüsü qəza törədib və sərnişini Əli Novruzov vəfat edib.
Ə.Novruzovun fevralın 20-də nişanı olub. O, iş yoldaşı Aytən adlı qızla nişanlanıb. Onların hər ikisi “Koroğlu” metro stansiyasının yaxınlığında yerləşən “Bravo” marketdə işləyirmiş.

Related Articles

+994 50 295 94 79
top